Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi və Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Həssas saat” layihəsi çərçivəsində “Sevgimizi paylaşaq...” adlı tədbir keçirilib.
Moderator, yazıçı-dramaturq Hafiz Ataxanlı cəmiyyətdə qayğıkeşliyin, insanpərvərliyin hər zaman gərəkli olduğunu bildirib.
QAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt şəhər MKS-nin direktoru Natəvan Axundzadə, SOCAR Sumqayıt idarəsinin sosial məsələlər üzrə əməkdaşı Bəxtiyar Musayev və Uşaq şöbəsinin böyük kitabxanaçısı Zübeydə Məmmədova çıxış edərək ölkədə sosial-humanitar siyasətin əhəmiyyətindən danışıblar. Tədbirin cəmiyyətdə sevginin paylaşılması, humanizm ənənələrinin davam etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonda kimsəsiz, ehtiyacı olan ahıllara ərzaq sovqatı paylanılıb.
Nurəddin