Lerik rayon Heydər Əliyev Mərkəzi və rayon Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə gənclər arasında bilik yarışı keçirilib. Ulu öndərin siyasi irsi barədə suallar komandalar tərəfindən cavablandırılıb, qaliblər növbəti mərhələdə iştirak hüququ qazanıblar. Layihə eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxanasında “Heydər Əliyev İli” tədbirləri çərçivəsində “Müstəqil Azərbaycan dövlətinin qurucusu” başlıqlı “açıq kitabxana” təşkil edilib. Aksiyada kitablarla yanaşı, Ulu öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən rəsm əsərləri də nümayiş olunub.

Nurəddin