Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbir iştirakçıları ilə söhbət ediblər.