31 avqust – 3 sentyabr tarixlərində Albaniyada “Azərbaycan həftəsi” keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.

Mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupunun çıxışı və rəqs proqramları, “Arşın mal alan” filminin nümayişi keçiriləcək. 

Mədəniyyət Nazirliyinin nümayəndələri ilə Albaniya hökuməti rəsmiləri arasında bir sıra  görüşlərin keçirilməsi də nəzərdə tutulub.