Türkiyədə keçən il yerli və əcnəbi turistlər tərəfindən ən çox ziyarət edilən məkanlar İstanbul şəhərindəki Ayasofya və Topqapı Sarayı muzeyləri, habelə Efes xarabalıqları olub. Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Ayasofya Muzeyini 3 milyon 345 min, Topqapı Sarayı Muzeyini 3 milyon 334 min, Efes xarabalıqlarını isə 1 milyon 888 min nəfər turist ziyarət edib. Ümumiyyətlə, keçən il Türkiyədəki muzey və tarixi yerlərə 28 milyon 781 min turist baş çəkib.
Fəxriyyə