Zaqatala Dövlət Rəsm Qalereyası, Zaqatala Tarix-Mədəniyyət qoruğu, rayon MKS və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – zəmanəmizin lideri” adlı rəsm və kitab sərgisi keçirilib. Sərgidə Ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablar və rəsm əsərləri nümayiş olunub.

Qax rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli liderin mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.

Qəbələ rayon Mədəniyyət Mərkəzində "Ümummilli liderin müdrik kəlamları" adlı tədbir təşkil edilib. Qeyd olunub ki, Heydər Əliyevin müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına işıq tutur, bizə dövləti və onun siyasətini, təhsil və mədəniyyətimizi daha yaxşı öyrədir.

Çıxışlardan sonra Ulu öndərə həsr olunan videoçarx nümayiş etdirilib.

***

Kəlbəcər rayon MKS-nin Xidmət şöbəsi “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır” mövzusunda kitab sərgisi təşkil edilib. Sərgidə Ümummilli liderin həyatı və siyasi fəaliyyəti ilə bağlı nəşrlər nümayiş olunub.

Nurəddin