Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 3-də saat 18:00-da Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısındakı məkanda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil edəcək.

Qərbi Azərbaycanın etno-mədəni mühitinə, qeyri-maddi mədəni irsinə həsr edilən tədbir çərçivəsində Azərbaycanın bu tarixi bölgəsinə məxsus milli geyim və mətbəx nümunələrinin, məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi olacaq. Tədbir qala-konsertlə başa çatacaq.