Bakıya gələn turistlərin qədim şəhərin tarixi məkanlarına, muzey və tikililərə marağını artırmaq üçün müxtəlif tədbirlər, layihələr həyata keçirilir. «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, görülmüş işlər nəticəsində ötən il İçərişəhərdə yerləşən muzeylərə gələn ziyarətçilərin sayı 187 mindən çox olub. Bundan əlavə, İçərişəhərdə 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək onların ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanışlığı təmin olunub.

   Turizm