İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbində 1966-cı ildə yaradılmış tarix-diyarşünaslıq muzeyinə nəinki yerli, hətta xarici turistlər də maraq göstərir. Son üç ildə Lahıca gələn 10 mindən çox qonaq bu muzeyi ziyarət edib. Onların təxminən yarısı xarici turistlərdir.
   Hazırda burada 2500-dən çox eksponat var. Muzeydə Lahıcda mövcud olan və bu gün də hazırlanan 100-dən çox sənət növünə aid nümunələr, qazıntılar zamanı sakinlərin tapdıqları qədim və orta əsrlərə aid maddi-mədəniyyət nümunələri, sənədlər və s. toplanıb. Muzeydə həmçinin şagirdlərin əl işlərindən ibarət guşə də təşkil olunub.

  Fəxriyyə