Ölkəmizin turizm potensiallı bölgələrindən olan Qəbələ rayonunda qolf kompleksinin inşasına başlanılıb. Respublikamızda ilk dəfə inşa edilən kompleks turistlərin də sevimli məkanı olacaq. Ərazidə iş aparan “Şinçar” tikinti şirkətindən bildiriblər ki, ən müasir dünya standartlarına uyğun olacaq kompleks üçün Qəbələ şəhərində, Dəmiraparan çayının sol sahilindəki Şonqar bulağı adlanan ərazidə 82 hektar torpaq sahəsi ayrılıb.
Hazırda ərazinin hamarlanması, kol-kosdan təmizlənməsi işləri aparılır. Bundan əlavə, qolf meydançalarında nəzərdə tutulmuş iki süni göldən birinin qazıntısına başlanılıb. Ərazidə Qolf Akademiyası üçün inzibatı binanın, hotelin, istirahət üçün kotteclərin və texniki binaların tikilməsi də nəzərdə tutulub.
Fəxriyyə