Azərbaycanda mədəni turizm marşrutlarının sertifikatlaşdırılması ilə əlaqədar ilkin işlər görülüb. Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən «Aleksandr Düma» mədəni turizm marşrutunun sertifikatlaşdırılması işi başlanıb.
Bununla yanaşı, «Aleksandr Düma Qafqazda» mədəni turizm marşrutu üzrə tədbirlər planının ilkin variantı hazırlanıb. Beynəlxalq sertifikatlaşdırma üçün üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiyanın iştirakı vacibdir. Gürcüstan və Rusiya arasında siyasi problemlər bu məsələnin həllinə əngəl törədir.