Yevlax şəhər Mədəniyyət Mərkəzində “Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açıblar. Sonda tədbir iştirakçıları Azərbaycanın hərb tarixinə həsr olunmuş filmi izləyiblər.
***
Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə mərkəzin ekspozisiya zalında Ulu öndərin ömür yolunu özündə əks etdirən fotolara baxış olub. Dəyirmi masa ətrafında davam edən tədbirdə çıxış edənlər “Heydər Əliyev İli” münasibətilə keçirilən tədbirlərin dahi liderin ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Qazanbulaq, Borsunlu, Qaradağlı kənd mədəniyyət evləri, Veyisli, Kələk, Şıxlar, Qazançı, Nadirkənd, Həmənli, Qarasuçu, Qırıxlı, şəhər 1 və 2 saylı klubların təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Sonda Ulu öndərə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.
***
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Heydər Əliyev və uşaqlara diqqət” adlı rəsm müsabiqəsi keçirilib. Kitabxananın fəal oxucularının iştirak etdiyi müsabiqədə Zərifə Həsənova, Aysel Quluzadə I, Sevginur Kərimli, Nigar Əliyeva II, Zəhra Qurbanzadə isə III yerə layiq görülüb. Qaliblərə fəxri fərman verilib.
Cəlilabad Dövlət Rəsm Qalereyasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu öndər və Azərbaycan” başlığı altında sərgi təşkil edilib. Sərgidə qalereyanın bərpaçı-rəssamı Ramilə Quliyevanın əsərləri, həmçinin Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilib.
Masallı Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi və “Viləş STV” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə “Tarix heç nəyi unutmur” mövzusunda tədbir keçirilib. Ulu öndərin ordu quruculuğu sahəsində göstərdiyi xidmətlərdən söz açılıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Naxçıvandan başlayan müstəqilliyin bərpası” adlı dəyirmi masa təşkil edilib. Ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zamanlarda müstəqil dövlətçilik ənənələrimizin bərpası və inkişaf etdirilməsi sahəsində tarixi addımlarından söhbət açılıb. Sonra tədbir iştirakçıları muzeyə ekskursiya ediblər.
Nurəddin Məmmədli