Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin Xalça muzeyi filialının təşkilatçılığı ilə milli xalça qruplarına həsr olunmuş məktəblilərin iştirakı ilə “Azərbaycan xalçaları” mövzusunda tədbir keçirilib.
İştirakçılar əvvəlcə muzeyin fondunda qorunan xalça məmulatlarının sərgisi ilə tanış olublar.
Sonra muzeyin əməkdaşı Dilarə Rüstəmova tərəfindən Azərbaycanda mövcud olan xalçaçılıq qrupları, ayrı-ayrı bölgələrin xalça elementləri, toxunuş texnikaları, xalçaçılığın yaranması və inkişaf yolu haqqında məruzə oxunub. Mühazirədə əsasən Quba-Şirvan xalça qrupuna aid xalçalar, onların özünəməxsus çalarları, ilmə və ornamentləri haqqında geniş məlumat verilib.
Eyni zamanda Xaçmaz xalçaçılıq məktəbi, uzun illər fəaliyyət göstərən xalça sexi, peşəkar xalçaçılar haqqında da söz açılıb.