«Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin «Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə» qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin yanvar ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, ötən ay «Travel house» MMC, «V.İ.P-F» MMC, «Universal Tur» MMC, «Evroturizm» MMC, «Mİ Travel» MMC turizm fəaliyyəti ilə bağlı lisenziya alıb.