Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Şəmsəddin Əvəz oğlu Allahverdiyevin Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Mahmudlu kəndində torpağa tapşırılıb.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Şəhidin nəşinin büküldüyü bayrağımız mərhumun qardaşına təqdim olunub.

Şəmsəddin Allahverdiyev 1971-ci ildə Füzuli rayonunun İşıqlı kəndində doğulub. Birinci Qarabağ müharibəsində silaha sarılıb. Rayonun Çimənli, Qaradağlı, Məlikcan və digər kəndlərin müdafiəsi uğrunda döyüşərək itkin düşmüşdü.

Döyüşçünün nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkar edilmişdi.

Nurəddin