2006-cı ildən fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci ötən müddətdə 2 mindən çox mütəxəssis hazırlayıb. Təhsil ocağı beynəlxalq əlaqələrini də genişləndirir.
   Britaniya Şurasının "İş üçün bacarıqlar" layihəsi əsasında Böyük Britaniya kollecləri ilə başlanan əməkdaşlıq Rumıniyanın Andrei Barseanu, Rusiyanın Biznes və İqtisadiyyat, Rusiya Humanitar Kolleci, habelə Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment kollecləri ilə davam etdirilib.
   Avropa Komissiyasının “Tempus” proqramında iştirak nəticəsində kollecin tərəfdaşlarının sırasına daha bir təhsil ocağı əlavə olunub. Komissiyanın "Davamlı turizm menecmenti" layihəsi əsasında kollecin rəhbərliyi 20-26 yanvar tarixində Almaniyanın Vilhelmsaven şəhərində yerləşən Yade Universitetinə səfər edib. Layihənin əsas məqsədi turizmin inkişafına dəstək göstərməkdən və turizm təhsilinin səmərəli təşkili üçün müxtəlif təşəbbüslər irəli sürməkdən ibarətdir. Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və tərəqqi məzmunlu təcrübənin mənimsənilməsi ölkə rəhbərliyinin turizm sektorunun qarşısına qoyduğu prioritet vəzifələrdən olduğu üçün bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar