Fevralın 14-dən 17-dək Türkiyənin Ordu şəhərində beynəlxalq Qara dəniz turizm sərgisi keçiriləcək. Sərgidə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkətinin nümayəndələri də iştirak edəcəklər. Sərgidə Azərbaycanın turizm potensialı, son illərdə əldə olunmuş yeniliklər, turizmin müxtəlif növlərinin təbliği ilə bağlı ziyarətçilərə məlumat veriləcək. Sərgi 4 min kvadratmetr sahəsi olan Ordu Mədəniyyət Mərkəzində gerçəkləşəcək. Yerli və əcnəbi iştirakçılara öz ölkələrinin turizm məhsullarını, hotel və turizm agentliklərini nümayiş etdirməklə yanaşı, musiqi, rəqs, milli mətbəx və s. təqdim etmək imkanı yaradılacaq. “Miras” İctimai Birliyinin musiqi qrupu da tədbirdə çıxış edəcək.

   Ceyhun