Fevralın 13-də Türkiyə Böyük Millət Məclisinin üzvü, İğdırdan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan Azərbaycan Turizm İnstitutunun qonağı olub.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov türkiyəli millət vəkilinin instituta gəlişindən şad olduğunu bildirərək təhsil ocağı haqqında qonağa məlumat verib. ATİ-nin inkişaf strategiyasında təhsil, tədris-təcrübə və təlim-tədqiqat istiqamətinə, bacarıqlı kadr potensialının formalaşmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Sinan Oğan bildirib ki, Azərbaycan onun ikinci vətənidir. Bir müddət Azərbaycan Dövlət İqtisad Universitetində türk dünyası işlətmə fakültəsində dekan müavini kimi fəaliyyət göstərdiyini deyən qonaq «Azərbaycan» adlı kitabın müəllifidir. Millət vəkili Dünya Azərbaycanlılarının Qurultayında iştirakından, Prezident cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmasından böyük qürur duyur. O, Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri kimi hər zaman Azərbaycanda olmağı, eyni zamanda ATİ-ni ziyarətindən məmnun qaldığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
Fəxriyyə