Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin yanvar ayı ərzində aşağıda adları göstərilən mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib: "The Crown Hotel", "Miraj İnn", "Horizon", "Böyük Qala", "Kiçik Qala" mehmanxanaları (Bakı şəhəri), "Prins" mehmanxanası (Bərdə şəhəri), "Deluxe" mehmanxanası (Gəncə), "Meşəbəyi" istirahət mərkəzi (Lerik rayonu), "Qızıl Tac" mehmanxanası (Lənkəran şəhəri).