Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının fəxri qonaqlarından biri də tanınmış skripka ifaçısı, ABŞ-nin Qərbi Miçiqan Universitetinin müəllimi və Ruzvelt Universitetinin nəzdində İfaçılıq Sənəti Kollecinin Simli Alətlər kafedrasının müdiri professor İqor Fedotovdur.

Professor İ.Fedotov sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tələbələr üçün ustad dərsi keçib.

BMA-dan bildirilib ki, İqor Fedotov tələbələrlə ifaçılıq sənətinin sirlərini bölüşüb, əsərlər üzərində texniki bacarıq qaydalarını izah edib, texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərib.

Ustad dərsi müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.