Ölkəmiz Qara dəniz turizm sərgisində təmsil olunub
   
   Fevralın 14-dən 17-dək Türkiyənin Ordu şəhərində Qara dəniz turizm sərgisi keçirilib. 
   Bu şəhərdə birinci dəfə təşkil olunan sərgidə ölkəmizi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkəti təmsil edib. Ziyarətçilərə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, habelə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və “Heritage Travel” turizm şirkətinin nəşrləri - müxtəlif kitablar, jurnallar, CD-lər paylanıb. Açılış mərasiminin bədii hissəsində Qara dəniz bölgəsindən olan müxtəlif sənətçilərlə yanaşı, “Miras” İctimai Birliyinin musiqi qrupu da Azərbaycan muğamlarını təqdim edib.
   “Miras” İctimai Birliyi həmçinin Türkiyənin Ordu Universitetində “Arxeoloji və ekoloji miras” mövzusunda seminar keçirib. Tədbirdə qurumun hazırladığı “Azərbaycan abidələr diyarıdır” sənədli filmi nümayiş olunub. İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda ekoarxeoloji araşdırmalar”, qurumun sədr müavini Arzu Soltan “Ağsuda arxeoloji qazıntılar və “Miras” İctimai Birliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Ordu Universitetinin rektoru, professor Tarık Yarılqaç maraqlı seminar üçün “Miras” İctimai Birliyinin nümayəndə heyətinə təşəkkür edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar