“Ultra Production” istehsalı olan “Məhvolma” qısametrajlı bədii filmi festival səyahətini davam etdirir.

Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.

Ekran işi dünya premyerasını Busan Beynəlxalq Film Festivalında (Koreya) edib. Film daha sonra Asiya Beynəlxalq Kino Həftəsində (Çin), Los-Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), “Land of Short Films” Beynəlxalq Film Festivalında (Qırğızıstan) təqdim olunub.

Filmin Avropa premyerası isə oktyabr ayında Linz Beynəlxalq Qısametrajlı Film Festivalında (Avstriya) olacaq.

Filmdə yarasından qan axan oğlan özünü bir rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır. Bu vaxt hadisə yerinə polis gəlir, rəssamı sorğu-suala tutmağa başlayır. Reallıq isə getdikcə təhrif olunur...

Lalə