Fevralın 18-də Əl-Küveyt şəhərində akkreditə olunmuş Azərbaycan və Ukrayna səfirliklərinin təşəbbüsü ilə turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. Ölkəmizin Küveytdəki səfirliyindən verilən xəbərə görə, təqdimatda Azərbaycanın və Ukraynanın turizm potensialı, tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlıq abidələri, mətbəxi, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib. Mərasimin məqsədi Küveytdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və turizm şirkətləri vasitəsilə Azərbaycan və Ukraynaya küveytli turistlərin cəlb edilməsi olub.
Tədbirdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev və Ukraynanın səfiri Vladimir Tolkaç çıxış ediblər. Azərbaycanı təqdim və təbliğ edən “Welcome to Azerbaijan” adlı 6 dəqiqəlik videoçarx nümayiş etdirilib. İki ölkə səfirliklərinin konsulları Azərbaycan və Ukraynaya getmək istəyən turistlər üçün viza rəsmiləşdirilməsi qaydaları barədə sualları cavablandırıblar.
Tədbir zamanı iştirakçılar arasında lotereya oyunu keçirilib və qaliblərə “FlyDubai” və “Türk Hava Yolları” şirkətlərinin Bakıya və Kiyevə ödənişsiz bileti və Bakıdakı “Sheraton”, Kiyevdəki “İntercontinental” hotellərinin vauçerləri təqdim olunub.