Fevralın 20-də Bakıdakı «Şafran» mehmanxanasında «Skal İnternational Baku» Turizm Professionalları Assosiasiyasının növbəti, 13-cü toplantısı keçiriləcək. Toplantı «Skal Baku» klubunun prezidenti Ruslan Quliyevin hesabat nitqi ilə başlayacaq. O, qurumun 2013-cü ildəki fəaliyyət istiqamətləri, həyata keçirəcəyi layihələr və s. barədə məlumat verəcək.
   Tədbirin gündəliyində duran əsas məsələlərdən biri Azərbaycanda mehmanxana və turizm şirkətləri arasında əməkdaşlıq imkanları, problemlər, turizm obyektlərində tətbiq edilən qiymət siyasəti ilə bağlıdır. Toplantıda Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramı və tədbirin gerçəkləşdiyi məkan - «Şafran» mehmanxanası haqqında təqdimat keçiriləcək. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar