Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinqer Azərbaycan Turizm İnstitutunun qonağı olub. Qonaq ATİ-nin rəhbərliyi və kollektivi ilə görüşüb. Rektor tarix elmləri doktoru, professor Cəfər Cəfərov diplomata institutun yaranması və 7 il ərzində fəaliyyəti barədə məlumat verib. Görüşdə Azərbaycan-Almaniya əlaqələrinin tarixi və gələcək əməkdaşlığı barədə fikir mübadiləsi də aparılıb.
Volfqanq Mössinqer səmimi qəbula görə ATİ-nin rektoruna təşəkkürünü bildirib, institut tələbələrinin suallarını cavablandırıb.
Volfqanq Mössinqer səmimi qəbula görə ATİ-nin rektoruna təşəkkürünü bildirib, institut tələbələrinin suallarını cavablandırıb.