Fevralın 22-24-də Los-Ancelesdə keçirilən turizm sərgisində ölkəmiz də təmsil olunub. Sərgidə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu tərəfindən qurulmuş stenddə ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər təqdim edilib, monitor vasitəsilə müxtəlif gözəl guşələrimiz, əsrarəngiz təbiətimiz, tarixi və memarlıq abidələrimizi əks etdirən video-çarxlar nümayiş etdirilib. Los-Ancelesdə fəaliyyət göstərən «Wonders of Azerbaijan» turizm şirkəti iştirakçılara «İpək Yolu üzərində Azərbaycan», «Aleksandr Dümanın izi ilə qida və şərab turu», «Mədəni müxtəliflik turu» və «Ekotur» turizm paketləri təqdim edib.
   Stenddə «Qarabağ - Azərbaycanın zinət tacı» (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, şəhərin memarlıq abidələri, Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Baş konsulluq tərəfindən Qarabağa dair hazırlanmış kitabça da sərgi iştirakçılarına paylanıb. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
   Qeyd edək ki, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar