Fevralın 26-27-də MDB ölkələrindən ibarət işçi qrupu Minskdə (Belarus) postsovet məkanında turizm sahəsində inteqrasiya proseslərinin inkişafı strategiyasının layihəsini müzakirə edib. Sənəddə MDB məkanında turizm sahəsində inteqrasiya proseslərinin ümumi məqsədi, inkişaf yolları və əməkdaşlığın əsas istiqamətləri yer alıb. Layihənin martın 15-də qurumun Turizm Şurasına təqdim olunacağı gözlənilir.Hazırda MDB məkanında turizm sahəsinin ÜDM-də payının aşağı səviyyədə olmasına baxmayaraq, bu sektor ixracın və valyuta daxilolmalarının artımını təmin edir.
   Qeyd edək ki, BMT-nin Dünya Turizm Təşkilatının məlumatına əsasən, MDB məkanında turizm xidmətlərinin ixracının dünya turizm ixracındakı payı 2%-ə bərabərdir. Beynəlxalq turizmdən əldə olunan gəlirə görə Rusiya dünyada 22-ci, Ukrayna 48-ci, Qazaxıstan 81-ci, Azərbaycan 97-ci, Belarus 104-cü, Ermənistan 121-ci, Qırğızıstan 133-cü, Moldova isə 140-cı yerdədir.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar