Ötən il Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və bu, sammitin yekun bəyannaməsinə daxil edilib.
Şəbəkənin yaradılmasında əsas məqsəd TDT-nin üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Oktyabrın 9-13-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil ediləcək “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsinə dair Bakı bəyannaməsi imzalanacaq.