Lerik rayonunun Dico kəndində Vətən müharibəsi şəhidi Firdovsi Tahirovun xatirəsi yad olunub.
Əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər. Daha sonra Lerikin icra başçısı Əkbər Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Firdovsi Balaxan oğlu Tahirov 1997-ci il fevralın 18-də Dico kəndində anadan olub. 2020-ci ilin Vətən müharibəsində Murovdağ istiqamətindəki döyüşlərdə iştirak edib. Müharibənin ilk günündə şəhadətə yüksəlib. Doğulduğu Dico kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zəfər Orucoğlu