«HOREX Caucasus-2013»də 7 ölkənin 30-dan çox şirkəti iştirak edəcək
   
   Aprelin 4-dən 6-dək Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - «HOREX Caucasus-2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi keçiriləcək.
   Sərgidə Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək. Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu hotellərdən tutmuş «fast-food» sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar və s. nümayiş etdiriləcək. «Hotel, restoran və kafelər üçün içkilər» («HoReCa») bölümündə şərab, məşhur brendlərin istehsalı olan çay, qəhvə, su növləri təqdim olunacaq.
   Sərgi respublikanın bir çox hotellərinin təmsil olunacağı «AITF-2013» Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisi ilə eyni məkanda keçiriləcək. Bu, mehmanxana nümayəndələrinə «HOREX Caucasus- 2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq imkanı yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar keçirəcək, iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar