2012-ci ildə turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, bu sahədə dövlət proqramının icrası, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanda turizm sənayesinin inkişafına imkan yaradıb. Bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda bildirilir.
Respublikada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 200-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 506-ya çatıb. Bütün bunların nəticəsi olaraq 2012-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 480 min nəfərdən çox olub. Son 10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 2,9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3,3 dəfə artım olub. Göstərilən dövrə görə ölkə üzrə ÜDM-də turizmin xüsusi çəkisi 2 dəfə artıb. Hazırda Azərbaycanda 8 turizm informasiya mərkəzi fəaliyyət göstərir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar