Azərbaycan

 

11 oktyabr 1919 – Əməkdar artist Əyyub Cəfər oğlu Məmmədov (1919-1978) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

11 oktyabr 1938 – Yazıçı-jurnalist, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938-2016) Qazaxıstanın Çimkənd şəhərində doğulub. “Qara gölün cəngavərləri” bədii filminin, sənədli filmlərin ssenari müəllifidir.

11 oktyabr 1983 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (22.3.1900 – 1983) vəfat edib. Əsərləri: “Şamo”, “Ağbulaq dağlarında”, “Mehman”, “Qafqaz qartalı” və s. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

 

12 oktyabr 1938 – Tanınmış kinooperator Şərif  İsmayıl oğlu Şərifov (1938 – 26.9.2007) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

12 oktyabr 1974 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (16.3.1906 – 1974) vəfat edib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri  olub.

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 – 1990) vəfat edib. “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı” kimi aşıq havalarının müəllifidir.

12 oktyabr 2021 – Prezident İlham Əliyev Xalq rəssamı, milli xalça sənətinin görkəmli nümayəndəsi Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918-1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897-1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

13 oktyabr 1999 – Prezident Heydər Əliyevin iştirakı ilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimi keçirilib.

 

Dünya

 

11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “İsanın həyatı”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.

 

12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896-1981) anadan olub.

12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.

 

13 oktyabr 1934 – Rus aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

Hazırladı: V.Orxan