“Azərbaycanın böyük turizm potensialı var”. Bu sözləri «İTB Berlin-2013» beynəlxalq turizm sərgisi çərçivəsində keçirilən Azərbaycan Forumunda çıxışı zamanı ölkəmizin milli futbol komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib. O bildirib ki, Azərbaycanda, digər sahələr kimi, turizm sahəsi də inkişaf etməkdədir. Relyefinə və təbiətinə görə çox cəlbedici olan Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir.
   Baş məşqçi qeyd edib ki, «İTB Berlin-2013» turizm sərgisi ölkəmizə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın turizm sahəsində müəyyənləşdirdiyi strategiya doğru və məqsədyönlüdür.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar