Oktyabrın 11-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfərə gələnlərin sayının artdığını qeyd edib. Bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana gələn Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının sayında müvafiq olaraq 32 faiz, 59 faiz, 20 faiz, 91 faiz, 78 faiz, 188 faiz artım müşahidə edilib. Bu ölkələrin şəhərləri ilə birbaşa aviareyslərin sayının artdığı diqqətə çatdırılıb.
Toplantıda Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” olması barədə də məlumat verilib.
Qeyd edək ki, 2024-cü ildə bu missiyanı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq. Bununla bağlı toplantıda müvafiq qərar qəbul edilib.