Sərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcək
   
   Aprelin 4-də «Baku Expo» sərgi kompleksində 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AİTF-2013») işə başlayacaq. Ənənəvi olaraq yay məzuniyyətləri və tətillər ərəfəsində baş tutan sərgi bu il aprelin 6-dək davam edəcək.
   
   Bu il «AİTF-2013» sərgisi iştirakçılarının coğrafiyası dünyanın 35 ölkəsini əhatə edəcək, iştirakçı ölkələr sərgidə turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim edəcəklər. Buraya turoperatorlar və turizm agentlikləri, avia-agentliklər, mehmanxanalar, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin təşkili ilə məşğul olan şirkətlər daxildir. Sərgidə tibbi turizm də geniş şəkildə təqdim ediləcək. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan «Xaricdə əmlak» adlı bölmə də təmsil olunacaq.
   Sərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu il sərginin daimi iştirakçıları - Türkiyə, Gürcüstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələrlə yanaşı, ilk dəfə olaraq Bakıya Dominikan Respublikası, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın da nümayəndələri gələcək. Sərgi ziyarətçiləri müəyyən fasilədən sonra yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.
   Bu il sərginin bir sıra iri iştirakçıları öz stendlərinin ölçülərini əhəmiyyətli dərəcədə artırıblar. Türkiyə və Gürcüstan sərgi stendlərinin sahəsini, demək olar ki, iki dəfə artırıb. Milli aviaşirkətimiz - AZAL konserni də öz stendini genişləndirib.
   Sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi də planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaq.
   Ənənəvi olaraq sərgidə təqdimat mərasimləri və seminarların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, iştirakçıların stendlərində müxtəlif lotereyalar da keçiriləcək.
   Qeyd edək ki, AİTF sərgisi hər il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil edilir. Bundan əlavə, sərgi Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də rəsmi olaraq dəstəklənir.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar