Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm şirkətlərinə Şri-Lanka Demokratik Sosialist Respublikasının turizm imkanlarından yararlanmağı və bu ölkə ilə qarşılıqlı turizm səfərlərinin təşkilində fəal olmağı tövsiyə edir. Nazirliyin saytında yer alan məlumatda bildirilir ki, fevralın 26-28-də Şri-Lankanın paytaxtı Kolomboda iki ölkə arasında mülki aviasiya əlaqələrinin qurulması ilə bağlı danışıqlar aparılıb. Aviasiya qurumları arasında ikitərəfli əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolda müntəzəm reyslərin yerinə yetirilməsinin mümkünlüyü və iki ölkənin aviaşirkətləri arasında əməkdaşlıq məsələləri əksini tapıb.
   Bu əlaqələrin qurulmasında əsas məqsəd Şri-Lankanın turizm imkanlarından, həmçinin digər ölkələrdən olan turistlərin bu ölkəyə səfərlərinin təşkili üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit imkanlarından istifadəni təmin etməkdir.
   Mədəniyyət və Turizm Nazirliyi yuxarıda qeyd edilənləri nəzərə alaraq turizm şirkətlərinə bu təşəbbüsə qoşulmağı tövsiyə edir.

  Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar