Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində Əməkdar incəsənət xadimi, tanınmış xanəndə və şair Hacı Aqil Məlikov ilə görüş keçirilib.

Çıxış edənlər sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, xanəndə Azərbaycan muğam ifaçılığı sənətində iz qoyan parlaq sənətkarlardan biridir.

Sonra xanəndənin ifasında muğam və təsniflər dinlənilib. Sənətkar tamaşaçıların suallarını cavablandırıb.