Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində yazıçı-publisist Mustafa Çəmənlinin ustad xanəndə, Xalq artisti Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” kitabının təqdimatı olub.

Kollecin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov, kitabın müəllifi Mustafa Çəmənli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Seyid Şuşinskinin həyat və yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, zəngin yaradıcılıq yolu keçmiş sənətkar Azərbaycan milli musiqi mədəniyyətinin inkişafına, yeni ifaçılar nəslinin yetişməsinə  mühüm töhfələr verib. Onun tələbələri arasında Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam sənətimizdə özünəməxsus dəst-xətti ilə seçilən sənətkarlar olub. Qeyd edilib ki, kitabda Seyid Şuşinskinin yetirmələri və həmkarlarının sənətkar haqqında fikirlərinə, xatirələrinə də yer verilib.

Tədbir bədii hissə ilə davam edib.