“Cadenza” orkestri oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramını təqdim etdi.

“Oktyabr palitrası” adlı konsertdə bəstəkarlardan Alexandra Filonenko (Almaniya), Vitold Lutoslavski (Polşa), İqor Stravinski (Rusiya) və Səid Qəninin (Azərbaycan) əsərləri ifa olundu.

İqor Stravinskinin kamera orkestri üçün “Dumbarton Oaks” konserti Azərbaycanda uzun illərdən sonra səsləndi. Əsər müəllifin neoklassik üslubunu parlaq şəkildə əks etdirir. “Dumbarton Oaks” 1938-ci ildə Bliss cütlüyü tərəfindən evliliklərinin 30-cu ildönümü münasibətilə bəstəkara sifariş edilib. Cütlüyün Vaşinqtondakı Dumbarton Oaks malikanəsində olarkən evi əhatə edən gözəl bağlar İ.Stravinskini o qədər heyrətləndirir ki, o, konsertini bağların struktur tərtibatı üzərində qurmağa qərar verir...

Lalə