Rusiyanın “Moya planeta” televiziya kanalında yayılan “Zövqlər planeti” proqramının yeni buraxılışı Azərbaycanın milli mətbəxinə həsr olunub.
   Proqramın anonsunda deyilir: “Belə hesab edilir ki, Qafqazın ən qədim məskənlərindən biri Azərbaycanın Şəki şəhəridir. Şəhərin əsası eramızdan əvvəl birinci minillikdə qoyulub. Anton Zaytsev təkcə Azərbaycanda deyil, həmçinin onun hüdudlarından kənarda şöhrət qazanmış yeməkdən dadmaq üçün buraya gəlib. Bu yeməyin adı “Şəki pitisi”dir. Bu təamın əsas xüsusiyyəti odur ki, onu nəinki müəyyən ənənəvi qaydalar üzrə hazırlayır, həm də müəyyən qayda ilə yeyirlər”.
   Qeyd edək ki, bundan öncə “Moya planeta” telekanalında Azərbaycan mətbəxinin nümunəsi olan “Fisincan şah” plovu haqqında veriliş göstərilib. “Moya planeta” Rusiya Dövlət Teleradiosunun kabel televiziyaları şəbəkəsinə daxil olan səyahət telekanalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar