Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə peşəkar milli teatrımızın 150 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qastrol aksiyaları davam edir.

Aksiya çərçivəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı oktyabrın 31-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşasını nümayiş etdirəcək.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.
Psixoloji dram janrında olan tamaşada rolları Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirlər.

Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olur və ölüm hökmünə məhkum edilir. Tamaşa onun edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar haqqındadır.

Biletləri “iTicket.az” saytından əldə edə bilərsiniz.