AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Kitabi-Dədə Qorqud”da epik formullar” adlı monoqrafiyası çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyada formul nəzəriyyəsinin meydana gəlməsi, nəzəri əsasları və inkişaf istiqamətləri tədqiq olunur. “Kitabi-Dədə Qorqud” dastanı ilk dəfə formul nəzəriyyəsi işığında sintaqmatik, semantik və linqvistik istiqamətdən təhlilə cəlb edilir.
Kitabda həmçinin A.Olrik, N.Roşiyanu, L.Raqlan və C.Kempbellin formullarla bağlı nəzəri görüşləri və epik qəhrəman qəlibləri “Dədə Qorqud” qəhrəmanları ilə müqayisəli araşdırılır.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri filologiya elmləri doktoru, professor Rüstəm Kamal (Rəsulov) və mərhum professor Kamran Əliyevdir.