Prezident İlham Əliyev oktyabrın 30-da Xalq rəssamı Arif Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Arif Şahbaz oğlu Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 30-da Xalq rəssamı Arif Hüseynovun 80 yaşı tamam olub.
Sənətkarı əlamətdar yubileyi və dövlət təltifi münasibətilə təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.