Heydər Əliyev Sarayında tanınmış ifaçı Cəlal Abbasovun növbəti solo konserti olub.
Sarayın mətbuat xidmətindən bildirilib ki, oktyabrın 29-da keçirilən konsertdə Cəlal Abbasov musiqiçilər – Əməkdar artist Tofiq Cabbarov, Nizami Əliyev, Elşən Dadaşov və DJ Kənanın müşayiəti ilə sevilən və yeni mahnılarından ibarət proqram təqdim edib.
Cəlal Abbasovun müğənnilər Validə və Vlada Axundova ilə oxuduğu duet də maraqla qarşılanıb.
Arzu Vaqifqızının aparıcılığı ilə keçən konsert musiqisevərlərin alqışları altında “Cənnətim Qarabağ” mahnısı ilə sona çatıb.
Heydər Əliyev Sarayında artıq beşinci solo konsert proqramı ilə çıxış edən Cəlal Abbasov bir sıra estrada müsabiqələri və festivalların iştirakçısı və qalibidir.