Aprelin 16-da Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclası başlayıb. Tədbirdə işçi qrupun rəhbəri, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
   İkigünlük iclas çərçivəsində mədəniyyət və turizm üzrə ikillik proqramın qəbulu, Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinə üzvlüyünə namizədliyi, qurumun növbəti iclasına ev sahibliyi edilməsində GUAM ölkələrinin Azərbaycana dəstək verməsi, mədəniyyət və turizm sahələri üzrə birgə layihələrin müzakirəsi nəzərdə tutulub.
   Tədbirdə həmçinin Azərbaycanla digər GUAM ölkələri (Gürcüstan, Ukrayna və Moldova) arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə dair ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar