Aprelin 22-23-də Bakıda Dünya Turizm Təşkilatının “İpək Yolu” işçi qrupunun toplantısı keçiriləcək. \"Hyatt Regency\" mehmanxanasında təşkil olunacaq iclas tarixi İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və DTT-nin “İpək Yolu” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunub.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, DTT-nin icraçı direktoru Zoltan Somogi, UNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Dünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələrin iştirakı gözlənilir.
   İclasda 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim olunacaq, layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. məsələlər müzakirə olunacaq.