Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Qaradağ rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Şanlı bayrağım” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqədən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mərkəzin foyesində təşkil edilmiş fotosərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Tədbirdə müstəqilliyimizin rəmzi olan Azərbaycan Dövlət Bayrağının tarixi barədə danışılıb, bayrağın dövlətin bütövlük, müstəqillik, ucalıq, müqəddəslik rəmzi olduğu vurğulanıb.
Sonra müsabiqəyə start verilib. Müsabiqədə şagirdlər Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini səsləndirib, bədii kompozisiyalarla çıxış ediblər.
Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə 11-14 yaş qrupunda Aylin Ağayeva, 15-17 yaş qrupunda isə Duyğu Hacıyeva I yerə layiq görülüblər.
İlk üç yerin sahibləri BŞGİBİ tərəfindən diplom və medallarla, digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif ediliblər.