Aprelin 16-da ölkəmizin Koreya Respublikasındakı səfirliyi və SEBA-nın (Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası) dəstəyi ilə Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında Azərbaycan kulinariya festivalının açılış mərasimi keçirilib.
   Səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin Koreya Respublikasında ilk dəfə təqdim olunduğunu və bu hadisənin hər iki ölkənin mədəniyyətlərinin təbliği və təşviqində, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş aşpazı Anar Qasımov Azərbaycan yeməklərinin xüsusiyyətləri haqqında danışıb, festivalda milli mətbəximizin ən ləziz yeməklərini Koreya vətəndaşlarına təqdim edəcəyini bildirib.
   Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət əsərlərinin nümunələri nümayiş etdirilib, Azərbaycan mətbəxinin plov, aş qara, quzu kababı, dana basdırması kimi ləziz yeməkləri qonaqlara təqdim edilib. Festival Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında aprelin 30-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar