IX Bakı Beynəlxalq Kitab Sərgisinin son günü, noyabrın 15-də “Heydər Əliyev və musiqi mədəniyyəti” və “İlham Əliyev və musiqi mədəniyyəti” kitablarının təqdimatı keçirilib.

Kitablar barədə tərtibçi müəllif, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı məlumat verib.

Bildirib ki, kitablar mədəniyyətimizin böyük hamisi Ulu öndərin və onun siyasətini davam etdirən dövlət başçımızın musiqi sənətimizə göstərdiyi diqqət və qayğıdan bəhs edir. Diqqətə çatdırılıb ki, “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı Ulu öndərin anadan olmasının 100 illiyinə musiqi ictimaiyyətinin töhfəsidir.

Bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov və Azərbaycan Televiziyasının əməkdaşı Dilşad Tahirqızı hər iki nəşr barədə fikirlərini bölüşüb, belə  kitabların çapının təqdirəlayiq olduğunu vurğulayıblar. Qeyd olunub ki, kitablar mədəni irsimizin təbliğinə də mühüm töhfədir.