Azərbaycan Sosial İş İctimai Birliyinin dəvəti ilə ölkəmizə səfərə gələn Beynəlxalq Sosial İşçilər Federasiyasının (BSİF) baş katibi Rori Truel Turizm İnstitutunda olub. Rektor Cəfər Cəfərov institutun fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
BSİF-in baş katibi 85 il əvvəl əsası qoyulan təşkilatın fəaliyyətindən söz açıb, təşkilatda dünyanın 90 ölkəsinin təmsil olunduğunu, sosial inkişaf və sosial işin təbliği, bu sahədə ən yaxşı təcrübə modellərinin qurumun fəaliyyət proqramında yer aldığını bildirib. ATİ-də sosial iş ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyindən xəbərdar olduğunu deyən qonaq bu yöndə təkliflərini diqqətə çatdırıb. Yeni kurikulum dizaynı, sosial iş ixtisası təcrübəsinin müasirləşdirilməsi sahəsində ATİ-yə dəstək verilməsi, ixtisas üzrə magistr və fəlsəfə doktoru proqramlarının tətbiqinə kömək etmək qərara alınıb.
Fəxriyyə